AZ

Fransa yüzlərlə əsgər göndərdi: Yeni Kaledoniyada nə baş verir?


Fransız əsgərləri Yeni Kaledoniyanın limanlarında və beynəlxalq hava limanında yerləşdirilib.

7NEWS.az xəbər verir ki, Fransanın baş naziri Qabriel Attal böhran iclasından sonra verdiyi açıqlamada bölgədə "TikTok"u qadağan etdiklərini və fövqəladə vəziyyət elan edildiyini bildirib. Üç gündür davam edən qarşıdurmalarda biri polis olmaqla 4 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. Gərginlik Parisin 10 ildir bölgədə yaşayan fransızlara səsvermə hüququ verən qanun layihəsini parlamentə təqdim etməsi ilə başlayıb. Çərşənbə günü səhər Fransa parlamenti qanun layihəsini təsdiqlədi, əsasən yerli əhalidən ibarət müstəqillik tərəfdarı qrup islahata qarşı çıxır və bunun "idarəetmədəki təsirini azaldacağını" iddia edir.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
7news.az

1Mənbələr