AZ

Fikoya hücumdan sonra Serbiya lideri Vuçiçə hədə: “Növbə sənindir”

Rusiya ilə yaxşı münasibətlərin inkişafı tərəfdarı olan Robert Fikoya silahlı hücumdan sonra Moskva ilə yaxın münasibətləri olan Serbiya prezidenti Aleksandr Vuçiç də sosial mediada təhdidlərə məruz qalıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fikonun öldürülməsi nəticəsində yaranan sarsıntı davam edərkən Serbiyada prezident Vuçiç “Növbə sizdədir” mesajı ilə hədələnib. Serbiya Daxili İşlər Nazirliyi ölkənin şimalında yaşayan bir şəxsin Vuçiçə hədə-qorxu gələrək saxlanıldığını bildirib. Nazirlik Draqan Miyatoviç adlı şübhəlinin 48 saat həbsdə saxlanacağını açıqlayıb. Serbiya prezidenti Vuçiç Robert Ficoya edilən hücumdan sonra şoka düşdüyünü və Slovakiyanın baş nazirinə can sağlığı üçün dua etdiyini bildirib. Rusiya ilə sıx əlaqələri olan Vuçiçə tez-tez təhdidlər gəldiyi məlumdur.

Qeyd edək ki, dünən Handlova qəsəbəsində Nazirlər Şurasının iclasından sonra Fico silahlı hücumda ağır yaralanıb.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
editor.az

1Mənbələr