AZ

Putin tərcüməçidən üzr istədi

Rusiya prezidenti Vladimir Putin Çində özünü evdəki kimi hiss etdiyini bildirib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bu barədə çinli həmkarı ilə görüşündən sonra deyib. 

"Uzun danışdığım və tərcüməçiyə tərcümə etməyə icazə vermədiyim üçün məni bağışlayın. Mən Çində özümü evimdəki kimi hiss etdim, ona görə də qərara gəldim ki, burada hamı rus dilini başa düşsün", - deyə prezident bildirib.

O, Rusiya ilə ÇXR arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi şərəfinə etdiyi çıxışda fasiləsiz uzun nitqinə görə tərcüməçidən üzr istəyib.

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
unikal.az

10Mənbələr