AZ

ABŞ-də Konqresin yerləşdiyi Kapitoli binasında kokain tapıldı - FOTO

ABŞ-də ölkə administrasiyasının mərkəzi olan Kapitoli binasında kokain tapılıb.

Bu barədə ABŞ Konqres Polisi tərəfindən açıqlama verilib.

Məlumata görə, Konqresin yerləşdiyi Kapitoli binasında aşkar edilən bağlamanın içərisindəki ağ maddənin müəyyən edilməsi üçün aparılan kokain testi pozitiv çıxıb.

Açıqlamada qeyd edilib ki, sözügedən bağlama çox sayda insanın istifadə etdiyi ikinci mərtəbədəki dəhlizdə tapılıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir və bu çərçivədə bağlamanı kimin yerləşdirdiyini müəyyən etmək üçün DNT testinin aparılacağı nəzərə çatdırılıb.

Mənbə: TRT Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
oxu.az

2Mənbələr