AZ

Amerika Rumıniyaya 340 milyon dollarlıq satışı təsdiqləyib - » AzadMedia.az



ABŞ Rumıniyaya 340 milyon dollara 300 ədəd AIM-9X “Sidewinder Block II” “hava-hava” raketi və onu müşayiət edən avadanlığın satışını təsdiqləyib.

Azadmedia.az xəbər verir ki, Rumıniya mövcud F-16 “Fighting Falcon” döyüş təyyarəsi parkı üçün ABŞ-dən AIM-9X “Sidewinder Block II” “hava-hava” raketlərinin tədarükünü xahiş edib.

Belə ki, xahişdən sonra ABŞ təxminən 340,9 milyon dollar dəyərində mümkün satışı təsdiqləməyə qərar verib.

Həmçinin sözügedən mümkün satışa 300 ədəd AIM-9X “Sidewinder Block II” “hava-hava” raketi, 40 ədəd AIM-9X “Sidewinder Block II” taktik raket idarəetmə vahidi, 40 ədəd AIM-9X “Sidewinder Block II” hava təlim raketi (CATM) və 20 ədəd AIM-9X “Sidewinder Block II” CATM idarəetmə vahidi daxildir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
azadmedia.az

2Mənbələr