AZ

Xamenei ofisinin yeni təxribatı: Bakıdan nə istəyir?

İranın dini lideri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetinin Azərbaycanı hədələyən məqalə yayımlaması qonşu ölkənin antiazərbaycan siyasətindən imtina etməyəcəyinin növbəti örnəyidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlığı şantaj xarakterli məqalədə Azərbaycandan İsrailə neft nəqlini dayandırılması tələb olunub. Məqalə müəllifi iddia edib ki, Azərbaycan Bakı-Tiflis-Ceyhan boru xəttiylə İsrailə neft satışını dayandırsa, guya İsrail iqtisadiyyatı çökəcək. Ancaq məqalə müəllifinin “Bakı-Tiflis-Ceyhan dəhlizinin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” cümləsindəki “dəhlizin pozulması” ifadəsi Bakıya çağırışdan çox İrana bağlı terrorçu və silahlı qruplara çağırışdır ki, kənar qüvvələr nəqlə mane olsunlar. İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir. Alınmayacaq.

Bakı-Tiflis-Ceyhan boru xəttindən neft alan yalnız İsrail deyil. İsrailə nefti biz satmasaq, başqaları satacaq. Azərbaycan BMT-dəki səsvermədə Fələstinin müstəqilliyinə səs verib, Qəzadakı müharibənin dayandırlmasına tərəfdardır, gələcəkdə bölgənin yenidən qurulmasında maliyyə dəstəyi də verməyə hazırdır. Tehran bunları kənara qoyaraq, “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”, - politoloq vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
4
axar.az

5Mənbələr