AZ

"Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO

Təxminən 10 gün əvvəl paytaxtın Yasmal rayonu Əsəd Əhmədov küçəsində yerləşən "Bolmart" supermarketinin qarşsında təşkil olunan parkinq barədə xəbər dərc olunmuşdu. Avtosfer.az xəbər verir ki, marketin qarşısında avtomobillərin dayanması üçün geniş yer düzəldilsə də piyadaların hərəkəti üçün səki parkinq tərərfindən “yeyilmişdi”.

Avtomobillərin marketin qarşısında dayanması və hərəkəti piyadaların təhlükəsizliyini sual altında qoyurdu.

Market rəhbərliyi görünür ki, tənqiqlərdən “nəticə” çıxararaq səkini bərpa “edib”.

Sosial şəbəkələrdə paylaşılan yeni fotoda ensiz, hətta bir nəfərin belə çətinliklə keçə biləcəyi “səki” yeri saxlanılıb. Qısacası market rəhbərliyi parkinq ərazisindən 60 santimetr kəsərək piyadalara sanki “bəsinizdir” mesajını verir. Eyni zamanda yolun hərəkət hissəsi ilə ayrılmayan “səkidə” hərəkət olduqca təhlükəlidir.

Yaxşı olardı ki, market rəhbərliyi parkinqi təşkil edən zaman səki üçün də yer ayırardı. Çünki marketə gələn hər kəsin maşını yoxdur. Piyadaları da düşünmək daha məqsədəuyğundur.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
avtosfer.az

1Mənbələr