AZ

“Amazon” bu ölkəyə 7,8 milyard avro sərmayə qoyacaq

Müəllif:Ayşən İmanov/Banco.az

“Amazon” 2040-cı ilin sonuna kimi Almaniyada bulud infrastrukturunun inkişafına 7,8 milyard avro sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, “Amazon”un bulud bölməsi olan “Amazon Web Services” (AWS) 2025-ci ilin sonuna qədər Brandenburq əyalətində məlumat mərkəzini işə salmağı planlaşdırır.

Bu investisiyaların 2040-cı ilin sonuna qədər Almaniyanın ÜDM-ə töhfəsinin 17,2 milyard avro civarında olacağı gözlənilir.

Şirkət qeyd edib ki, “AWS” layihələrinin həyata keçirilməsi Almaniyada tikinti, mühəndislik və telekommunikasiya sektorları da daxil olmaqla, hər il orta hesabla 2,8 min iş yerinin yaradılmasına töhfə verəcək.

Bundan əlavə, şirkət məlumat mərkəzlərini idarə etmək üçün yüksək ixtisaslı işçiləri cəlb etməli olacaq ki, bu da yeni  iş yerləri yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
banco.az

1Mənbələr