AZ

"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI

Bakı. Trend:

Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrininkəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan”bağı)Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilədəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdəgeniş müzakirələrə səbəb olub.

Trend-in sorğusuna cavab verən BakıŞəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdətutulan abadlıq işləri ilə bağlıdır:

"Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmışxüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərinabadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasındaaparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək vəpiyadaların istifadəsinə veriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
16
az.trend.az

10Mənbələr