AZ

“Məhəmməd Füzuli: şairin yaradıcılıq psixologiyası” adlı tədbir keçirilib » AzadMedia.az


Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici ölkələr ədəbiyyatı, Azərbaycan dilçiliyi, Xarici dillər və Xarici dillərin tədrisi metodikası kafedralarının təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli: şairin yaradıcılıq psixologiyası” adlı tədbir keçirilib.

Filologiya fakültəsinin və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültələrinin tələbələrinin iştirak etdiyi görüşün qonağı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müacini, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov olub.

Tədbiri giriş sözü ilə açıq elan edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova mövzunun aktuallığı və bu sahədə tələbələrin məlumatlandırılmasının vacibliyi haqqında danışıb.
Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva qonağı salamlayaraq Füzuli irsinin tədqiqi məsələləri haqqında qeydlər edib.

Qonaq M.Füzulinin yaradıcı irsinin əsas məqamları, dəyərli əsərləri haqqında məlumat verib, qəzəllərinin şərhləri vasitəsilə klassik şairimizin poetik xüsusiyyətlərini izah etmişdir.
Təqdim olunan mühazirə ilk növbədə Füzulinin yaradıcılıq psixologiyasını açmağa, onun bir şair kimi ədəbiyyatımızdakı mövqeyini müəyyən etməyə, sənətkarın dövrünün fövqündə duran irsinin özündən sonrakı söz sənətimizə nüfuzedici təsirlərinin səbəblərini aydınlaşdırmağa yönəlib.
Maraqlı çıxışdan sonra görüş müəllim və tələbələrin sual və müzakirələrilə davam edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
azadmedia.az

3Mənbələr