AZ

Türkiyə-Azərbaycan birgə layihəsi -"Bir e Twining masalı"

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbinin müəllimləri Səbinə İsayeva və Aidə Quliyevanın qatıldığı "e Twining" layihəsi uğurla davam edir.

Kulis.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan müəllim və şagirdlərinin birgə fəaliyyət göstərdiyi "Bir e Twining masalı" layihəsi çərçivəsində şagirdlər Sumqayıt Dövlət Dram Teatrında tamaşa izlədilər, səhnə arxasında tamaşanın yaradıcı heyəti və aktyorlarla görüşdülər.

Daha sonra rəssam Nizami Dadaşov öz iş otağında tamaşalarda istifadə olunan əşyaların necə ərsəyə gəlməsi haqqında məlumat verdi.

Qeyd edək ki,"Bir e Twining masalı " layihəsi şagirdləri türk və Azərbaycan xalqının orta şifahi xalq ədəbiyyatı , coğrafiyasıhaqqında məlumatlandırmaq, onlarda nitq qabiliyyətini, düşüncələrini ifadə etmək bacarığı formalaşdırmaqdır.

Layihənin tələbinə görə şagirdlər azyaşlı olduqları üçün simalarının görünməsi məqsədəuyğun hesab edilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
kulis.az

1Mənbələr