AZ

"Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm" - Manaseryan

“ABŞ və Avropanın arzusunda olduğu Rusiya bazarı bu gün Ermənistan üçün açıqdır, amma ölkəmizin ondan niyə imtina etməsi anlaşılan deyil”.

Turkustan.az xəbər verir ki, bu sözləri professor Tatul Manaseryan ErmənistanınAİİ-dən çıxması ilə bağlı siyasi bəyanatları şərh edərkən deyib.

“Biz Avrasiya İqtisadi İttifaqından çıxmaqla heç bir problemi həll etməyəcəyik. Avropalılar və amerikalılar Ermənistanın Aİİ və hətta İranla əməkdaşlığına və iqtisadi əlaqələr saxlamasına qarşı deyillər. Aİİ-də çoxlu problemlər var, deyə bilmərik ki, hər şey gözəldir və biz “yeddinci cənnətdə”yik. Biz inkişaf üçün kifayət qədər ciddi imkan əldə etmişik və rəqəmlər məhz bunu göstərir”, –deyə Manaseryan bildirib.

O deyib ki, Ermənistan bu gün rəqabət qabiliyyəti baxımından parıldamır:

“Bu gün biz heç bir sənayedə rəqabət apara bilmirik. Rəqabət qabiliyyətinin səviyyəsi sıfırdan aşağıdır. Biz bütün istiqamətlərdə insan, maliyyə və istehsal resurslarımızı səfərbər etməliyik. Yəni biz sıfırdan başlamalıyıq, çünki bu resurslar haqqında heç bir təsəvvürümüz yoxdursa, deməli, yaşadığımız ölkəni belə tanımırıq. Bu mənada indi bizdə boşluq və qeyri-müəyyənlik var ki, bu da iqtisadi təhlükəsizliyə ciddi təhdiddir”, – deyə Manaseryan vurğulayır.

“Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm. Avropa ölkələri arasında olmaq istəyiriksə, başa düşməliyik ki, Avropa onun hesabına həll etməyə çalışdığı bir çox problemləri olan ölkəni qucaq açıb gözləməyəcək. Avropada öz problemi olan heç kimi gözləmirlər – nə Gürcüstan, nə də başqalarını”, – deyə Manaseryan ikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
turkustan.az

10Mənbələr