AZ

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

Ölkənin qanuni şans oyunları mərkəzi Misli.az-ın stimullaşdırıcı lotereyasının birinci tirajında 6 nəfər hədiyyə qazanıb.

İlk tirajda 3 nəfər Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paketinə sahib olub. Səyahət paketi qazananlar həm Berlini gəzə, həm də 14 iyulda burada keçiriləcək “Avro-2024”ün final oyununu canlı izləyə biləcəklər. Digər 3 nəfər isə “iPhone 15 Pro Max 256 GB” qazanıb. Bəxtəvər qaliblərə hədiyyələri təqdim olunub. Qaliblərdən biri Misli-nin bundan əvvəlki “Sürprizlər Mövsümü” lotereyasında avtomobil qazanmış Sərxan İslamov olub.

“Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyada daha 18 ədəd qiymətli hədiyyə uğrunda bəxtinizi sınaya bilərsiniz. 9 ədəd Almaniyaya futbol səyahəti paketi və 9 ədəd “iPhone 15 Pro Max 256 GB” şanslı qaliblərini gözləyir.

Lotereyaya qatılmaq üçün yalnız Misli.az-da idman mərc oyunlarında iştirak etmək kifayətdir. Hər 5 manatlıq mərc məbləği ilə kampaniyaya avtomatik qoşulmuş olursunuz. Lotereyada qazandığınız şans sayı hər növbəti gün mobil nömrənizə SMS ilə göndərilir.

Lotereyada 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Tirajlar hər həftənin 2-ci günü saat 21:00-da "Misli.az" yutub kanalında canlı yayımlanır. Kampaniya 4 iyun tarixinədək davam edəcək. Ətraflı məlumat üçün  https://azerlotereya.com/az/content/160 rəsmi saytına daxil ola və ya *2080 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
28
apasport.az

10Mənbələr