AZ

Kiberdələduzluq artır: Necə mübarizə aparmaq lazımdır?

Kibercinayətkarlıq son günlərdə bir çox insanın üzləşdiyi əsas problemlərdən biridir. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıqlar olunmasına baxmyaraq, bu problemlə üzləşən vətəndaşların sayı hər gün artır.

BAKU.NEWS bildirir ki, İKT sahəsi üzrə ekspert Elvin Abbasov "Unikal"a açıqlamasında bildirib ki, Azərbaycanda və dünyada xidmətlər rəqəmsallaşdıqca dələduzlar da kibercinayətkarlıqlarını, kibertalançılıqlarını rəqəmsal fəzada həyata keçirirlər. Onun sözlərinə görə, hər il belə hallar əvvəlki ilə nisbətən artır:

"Kiberdələduzluğun, kibercinayətkarlığın dövlətlərə və iqtisadiyyata vurduğu zərər hər il daha da çoxalır. Hər bir dövlət kibertəhlükəsizlik mütəxəssislərinin sayını artırır. Rəqəmsal maariflənmə və səriştəliliyin artırılması barədə kifayət qədər geniş layihələr formalaşdırılır. Həmçinin, Azərbaycan bu istiqamətdə fəaliyyət aparır. Təəssüflər olsun ki, bizdə kibercinayət halları hər il əvvəlki ildən daha geniş şəkildə baş verir. Belə məqamlar az sayda olanda bunun məsuliyyətini vətəndaşın üzərinə qoymaq olar ki, maariflənsin və özünü kiberdələduzluqlardan qorusun. Məsələ burasındadır ki, kibercinayətkarlıq ölkəmizdə kütləvi hal alıb. Xüsusilə bankların, bank və ödəmə sistemlərində olan boşluqların gətirib çıxardığı nöqtə ondan ibarətdir ki, fərdi identifikasiya nömrəmizi yazanda müəyyən cərimələrimiz çıxır. Dələduzluq saytları isə elan edirlər ki, 10-20% cashback qaytaracayıq. Vətəndaşlar da bundan yararlanmağa çalışır. Bunun kimi onlarla fərqli ssenari var ki, vətəndaşlar aldanır və onlardan pul çıxılır. Bir çox halda həmin pul xaricə çıxmır. Pulu əvvəl Azərbaycanda başqa bir hesaba köçürürlər ki, sonra yavaş-yavaş xaricə çıxarsınlar. Bəzən olur ki, həmin pul 15-20 gün ölkədə qalır. Yalnız diqqətli olun, özünüzü qoruyun demək çarə deyil. Maarifləndirmə bir yerə qədərdir. Ona görə ki, belə hallar kütləvi baş verir".

Ekpsert düşünür ki, kibertəhlükəsizlik xüsusi bir status almalıdır: "Əgər kiberdələduzluq halı baş verirsə və pul hələ ölkədən çıxmayıbsa, həmin vəsaitə çox operativ şəkildə blok qoyulmalı, daha sonra bürokratik münasibətlər qurulmalıdır. Çox operativlik olmalıdır və kiberdələduzluq xüsusi bir status almalıdır. Yoxsa, biz ancaq iqtisadiyyatımıza dəyən ziyanın statistikasını verməklə qane olacayıq. Yəni, bu iş üçün hər bir məsuliyyəti vətəndaşın üzərinə atmaq yox, bu barədə fəaliyyət də aparılmalıdır. Dövlət qurumlarının birgə komissiyası, fəaliyyəti olmalıdır ki, ölkədə kiberdələduzluğa qarşı xüsusi bir status olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
baku.news

1Mənbələr