AZ

Moskvada 20-yə yaxın yeni ticarət mərkəzi açılacaq

2024-cü ildə Moskvada 20-yə yaxın yeni ticarət mərkəzinin açılması nəzərdə tutulub.

Bakıvaxtı.az "The Moscow Times"a istinadən xəbər verir ki, gələn il Moskvada ümumi sahəsi təxminən 240 min kvadratmetr olan təxminən 20 yeni ticarət mərkəzinin açılması planlaşdırılır.

 Məlumata görə, Moskva ticarət komplekslərinin 60%-dən çoxunun yenidənqurmaya ehtiyacı var. Bəzi ticarət mərkəzləri isə tamamilə sökülməlidir. 

Gələn il tikiləcək ticarət mərkəzləri üçün metro stansiyalarının yaxınlığı və əhalinin sıx olduğu ərazilər nəzərdə tutulub.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bakivaxti.az

1Mənbələr