AZ

Agentliyin nümayəndə heyəti Serbiyada səfərdədir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 15-18 may tarixlərində Serbiya Respublikasında işgüzar səfərdədir.

Nümayəndə heyətinə Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva, Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə daxildir.

Səfər çərçivəsində Agentliyin nümayəndələri Belqrad şəhərində “Taşmaydan” parkına gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondunun rəhbəri Sanya Radoyeviç Şkodriçin dəvəti əsasında həyata keçirilən səfər zamanı Agentlik və Serbiyanın Milli Tibbi Sığorta Fondu arasında müvafiq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.  İki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması üçün anlaşma memorandumun imzalanmasına dair razılıq əldə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
5
banco.az

6Mənbələr