AZ

Deputat təyyarədə ürəyi dayanan sərnişini XİLAS ETDİ

Türkiyədə daxili reyslə uçan sərnişinlərdən birinin ürəyi dayanıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir, hadisə Ankaradan Elazığa uçan təyyarədə qeydə alınıb.

Ürəyi dayanan sərnişinə ilk yardımı eyni təyyarədə olan AK Partiya Elazığ millət vəkili Prof. Dr. Erol Keleş edib. O, ürəyi dayanan şəxsə ürək masajı edib və onu həyata qaytarıb.

Xəstə özünə gələndən sonra hava limanına eniş edilib. Həmin şəxs hava limanından xəstəxanaya aparılıb.

Nərgiz Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
bakivaxti.az

1Mənbələr