AZ

Tavuşda qapalı görüş: 100 milyonluq stansiya Azərbaycana veriləcək

Tavuş qubernatoru Hayk Qalumyan Kirants kəndində yerli sakinlərlə görüşüb.

News365.az xəbər verir ki, qapalı keçirilən görüşlə bağlı mediaya heç nə açıqlanmayıb.

H. Qalumyan görüşdən sonra açıqlama vermədən, avtomobillə ərazidən uzaqlaşıb. Bu görüşdən sonra Kirants sakinləri Ermənistan-Gürcüstan yolunu açıblar.

Görüşdə iştirak edən sakinlərdən biri deyib ki, qubernator onları sakitləşdirməyə çalışıb, amma heç nə dəyişməyəcək.

“Hökumət hər şeyi yaxşı formada göstərsə də, əslində Kirants kəndindən keçən yol (Ermənistan-Gürcüstan magistral yolu - red.), torpaq sahəsi və ötən il 10 milyon drama tililmiş su nasos stansiyası Azərbaycanın nəzarətinə keçəcək”, - sakin bildirib.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
news365.az

3Mənbələr