AZ

Azərbaycanda geyim istehsalı 19% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında geyim istehsalı artıb. Belə ki, ilk rübdə ölkədə 26,9 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ilin ilk 4 ayı ilə müqayisədə geyim istehsalında 19,1% artım müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 159,4 milyon manat dəyərində məhsul istehsal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
banco.az

1Mənbələr