AZ

BMT dünya iqtisadiyyatının artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) qısamüddətli qlobal iqtisadi proqnozun optimist olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvar ayında dərc olunan "Dünyanın İqtisadi Vəziyyəti və Perspektivləri 2024" hesabatının orta illik yeniləməsini dərc edib.

Hesabat yanvar ayından etibarən qlobal iqtisadi proqnozların yaxşılaşdığına diqqət çəkib.

Vurğulanıb ki, dünyanın aparıcı iqtisadiyyatları ciddi tənəzzüldən yayınıb, işsizliyi artırmadan inflyasiyanı aşağı salıblar.

Hesabatda bu il qlobal iqtisadiyyatın 2,7 faiz artacağı proqnozlaşdırılıb. Bildirilib ki, bu, yanvar ayının proqnozundan 0,3 bənd çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
banco.az

1Mənbələr