AZ

Daha 328 mənzil kirayə üsulu ilə satışa çıxarıldı

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzil vətəndaşların seçiminə verilir.

Bu barədə Busaat.az-a İpoteka və Kredit Zəmanət Fondundan (Fond) bildirilib.

Qeyd edilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır:

“Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
39
busaat.az

10Mənbələr