AZ

Super Liqa: “Sivasspor” səfərdə, “Antalyaspor” evdə sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “İstanbulspor” – “Sivasspor” matçında qonaqlar qalib gəliblər.

“Antalyaspor” isə doğma meydanda “Adana Dəmirspor”a qalib gəlib. Qonaqların heyətində Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, 90+2-ci dəqiqədə əvəzlənib.

37-ci turun qalan görüşləri mayın 18-də keçiriləcək.

Türkiyə, Super Liqa
37-ci tur
17 may

İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – Turqunboyev, 43. Koita, 54.

Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: Mendosa, 30-öz qapısına. M.Yılmaz, 74 – Aymbetov, 65.

18 may

20:00. Ankaragücü – Pendikspor
20:00. Başakşəhər – Trabzonspor
20:00. Beşiktaş – Hatayspor
20:00. Qaziantep – Fatih Karagümrük
20:00. Kayserispor – Konyaspor
20:00. Rizəspor – Kasımpaşa
20:00. Samsunspor – Alanyaspor
20:00. Qalatasaray – Fənərbaxça

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
arena.az

1Mənbələr