“Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb.

Artıq bəzi məkanlarda yer tapılmır, qiymətlərdə isə əvvəlki illərə nisbətən artım müşahidə olunur.

Restoran administratorlarının sözlərinə görə, qiymətlərin yüksək olmasının əsas səbəbi ərzaq qidalarının, xüsusilə də, ət və süd məhsullarının baha olmasıdır.

Banket və restoranlarda mövcud qiymətlər isə adam sayı və menyuya görə dəyişir: minimum 50 manatdan 100-150 manatadək.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində: