AZ

Ekofəallar Münhen hava limanının bağlanmasına səbəb oldular

Almaniyada radikal “Letzte Generation” hərəkatının ekoloji fəalları Münhen hava limanının aerodromuna daxil olaraq orada növbəti etiraz aksiyası keçiriblər. Nəticədə hava limanı qısa müddətə bağlanmalı olub.

“Hava limanı təhlükəsizlik səbəbi ilə bağlanıb, çünki iqlim fəalları uçuş-enmə zolağındadırlar”, - deyə hava limanının sözçüsü bildirib.

O əlavə edib ki, bu, səhər saatlarında Münhendə planlaşdırılmış enişlərə təsir edib. Gələn təyyarələr başqa hava limanlarına yönləndirilib.

“İqlim fəlakəti: Münhen hava limanı bağlanıb! Problem bizim aksiyamızda deyil, hökumətdədir”, - “Letzte Generation” ekofəalları sosial şəbəkə hesablarında yazıblar.

Qeyd edək ki, hazırda hava limanı açıqdır, lakin uçuşların gecikmələri gözlənilir.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
oxu.az

4Mənbələr