AZ

Əvəzedicilər: 35-ci turun ilk oyununa təyinatlar açıqlandı

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 35-ci tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri arasında keçiriləcək oyunun hakim təyinatları da müəyyənləşib. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Digər oyunların təyinatları isə daha sonra açıqlanacaq.

Qeyd edək ki, əvəzedicilərin yarışında 35-ci turun qalan oyunları mayın 19-da və 20-də keçiriləcək.

Əvəzedicilər Liqası
35-ci tur
18 may

“Qarabağ-2” – “Turan Tovuz-2”
Hakimlər: Murad Səlimov, Sadiq Əliyev, Əkbər Əliyev, Nazim Abdullayev.
Hakim-inspketor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
arena.az

1Mənbələr