AZ

Arağın öldürücü dozası məlum oldu  

Arağın
Arağın öldürücü dozası məlum oldu

Çox tez və böyük həcmdə araq içmək həyat üçün təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, cərrah Aleksandr Umnov, "news.ru" ilə söhbətində spirtli içkinin ölümcül dozasını açıqlayıb.

Umnovun sözlərinə görə, orqanizmə 120 milliqrama qədər dozada daxil olan etil spirti qaraciyərdə emal oluna bilər: “Tərkibində etanolun miqdarı bu dəyərdən çox olan spirt dozası qaraciyər filtrindən bütöv şəkildə keçir, qanda dövr etməyə başlayır və toxumalarda toplanır. Bir saat ərzində bir litr araq içəndə doza öldürücü olur”, - deyə həkim izah etdi və əlavə etdi ki, bu müddət ərzində qanda etanolun konsentrasiyası hər litr qanda beş-altı qrama çatır.

Umnov həmçinin diqqət çəkib ki, alkoqol zəhərlənməsinin simptomları bədən hərarətinin aşağı düşməsi, tənəffüsün ləngiməsi, nəbzin tezliyi, qeyri-sabit nitq, eləcə də halüsinasiyalar və epileptik tutmalardır.

Cərrahın sözlərinə görə, böyük miqdarda araq qəbul etdikdən sonra insan hərəkət etməkdə çətinlik çəkir və praktik olaraq xarici stimullara reaksiya vermir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
4
e-saglam.az

5Mənbələr