AZ

Şumaxer illik müalicə 7 milyon dollara başa gəlir

Şumaxer illik müalicə 7 milyon dollara başa gəlir

Formula 1 trekinin əfsanəsi Mixael Şumaxerin müalicəsi davam edir. Lakin ailəsi müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Əfsanəvi pilotun illik baxım xərcləri 7 milyon dollardır. Həyat yoldaşı Şumaxerin son saatlarını da satıb.



O, 2013-cü ildə Fransa Alp dağlarında xizək sürərkən qəza keçirib, ağır beyin zədəsi alıb və o vaxtdan bəri xüsusi qayğıya ehtiyacı var.

Ailəsi Formula 1 yarışlarının məşhur pilotu Mixael Şumaxerin müalicə xərclərinə indiyədək sərvət xərcləyib.

Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer bir çox qiymətli əmlakı əldən verib.

Pilotun illik məsrəflərini ödəmək üçün Norveçdə ev, İsveçrənin Gland şəhərində malikanə və şəxsi təyyarə satılıb.

Nəhayət əfsanəvi pilotun saatları İsveçrədə satışa çıxarılıb. Mixael Şumaxerin 8 qol saatı Cenevrədə keçirilən hərracda 4 milyon 400 min dollara satılıb.

Hərracdan əldə olunan məbləğ Şumaxerin illik müalicə xərclərinin yalnız bir hissəsini ödəyəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
afn.az

2Mənbələr