AZ

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tələbələr üçün təlimlər keçirilib

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq növbəti təlimlər keçirilib.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

Təlimlər zamanı Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Şahnaz Zamanlı “Doğum zalında və doğuşdan sonra tibb bacısının işi” və Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin böyük tibb bacısı Ruhiyyə Əminova "Küvezdə olan yenidoğulmuşlara qulluq xüsusiyyətləri" mövzularında təqdimatla çıxış ediblər.

 

Şahnaz Zamanlı təqdimat zamanı doğuşa hazırlıq, reanimasiya ehtiyacını artıran risk faktorları, doğuş zamanı lazım olan materiallar və yenidoğulmuş körpənin müayinəsi haqqında ətraflı məlumat verib.

 

Ruhiyyə Əminova isə erkən doğulmuş körpənin küvezə yerləşdirilməsi, küvezdə qulluq qaydaları və gigiyenik qulluq qaydaları barədə ətraflı məlumat verib.

 

Təlimlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
aztibb.az

1Mənbələr