AZ

Lerik Rayon Mərkəzi Xəstəxanasının cərrahı Pərviz Hacıyev - Həkimlərimizi tanıyaq!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!” rubrikasında Lerik Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Pərviz Hacıyevi sizə təqdim edirik.
 
Hacıyev Pərviz Bayraməli oğlu 1973-cü ildə Lerik rayonu Lərmərud kəndində anadan olub. 1991-1997-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Bakı Şəhər 3 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçib.
 
O, 2000-2007-ci illərdə 1-ci sərhəd komendantlığı tibb məntəqəsinin rəisi, 2007-2021-ci illərdə Lənkəran Müalicə Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsində həkim-cərrah, 2021-ci ildə Lənkəran Müalicə Diaqnostika Mərkəzinin Əməliyatxana bölməsində bölmə müdiri vəzifələrində çalışıb. 2022-ci ildən Lerik Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində xarici əvəzçilik üzrə həkim-cərrah işləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
aztibb.az

1Mənbələr