AZ

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

Azərbaycan hökuməti 3-cü nəsil, yeni bir sıra tələbləri özündə əks etdirən milli müəyyən olunmuş sənədlərin (NDS) hazırlanması üzərində ciddi iş aparır.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, artıq bir sıra ölkələr 2025-ci ilin əvvəlindən NDS sənədlərin tətbiqinə başlayacaq.

"Bu sənədlər BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyası tərəfindən verilən töhfələrə əməl edir. İqlim hədəfləri növbəti dövr üçün ölkənin iqtisadi siyasət və investisiya siyasəti hədəflərinə paralel baxılacaq və eyni məqsədə xidmət edəcək. İqlim hədəfləri bir istiqamətdə, iqtisadi hədəflər digər istiqamətdə olmayacaq. Bir-birini dəstəkləyən hədəf istiqamətləri müəyyənləşdiriləcək.

Bu təkcə bizim üçün deyil, bütün BMT-yə üzv ölkələr üçündür. Biz də buna çox ciddi şəkildə yanaşırıq. Bütün müasir çağırışları, ölkənin iqtisadi strukturunu, coğrafi vəziyyətini, ixrac bazarını nəzərə alaraq həm qlobal çağırışlara, həm də mövcud iqtisadiyyatın strukturuna uyğun NDS-lərin hazırlanması ilə bağlı aidiyyəti nazirliklər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən İqtisadiyyat Nazirliyi də bu prosesdə iştirak edir", - S. Musayeva bildirib.

O əlavə edib ki, gələn ilin əvvəlindən ölkədə yeni milli karbonlaşma tədbirləri hazır olacaq. Bununla bağlı hökumət "Boston Consultinq" şirkəti ilə məsləhətləşmələr aparır, deyə DVX-nın rəis müavini qeyd edib.

"Bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq", - S. Musayeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
ekologiya.az

6Mənbələr