AZ

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

Misli Premyer Liqasında 35-ci turun oyunları davam edir.

Bu gün tur çərçivəsində 3 matç keçirilib. Avrokuboklar uğrunda mübarizə aparan komandalardan "Neftçi" "Səbail"ə səfərdə qalib gələrək (3:0) 2-ci pilləyə yüksəlib. "Sabah" "Sumqayıt", "Zirə" isə "Kəpəz" üzərində vacib qələbə qazanıblar.

Beləliklə, Avropa kubokuna gedəcək ən azı daha 2 Azərbaycan komandası gələn həftə keçiriləcək son turda, bütün iştirakçıları isə ən geci kubokun "Qarabağ" - "Zirə" oyunundan sonra müəyyənləşəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

18 may

17:00 "Sabah" – "Sumqayıt" - 2:0

Qol: Murad Xaçayev, 35-avtoqol, Anatoli Nuriyev, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena”

17:00 "Səbail" – "Neftçi" - 0:3

Qol: Brayan Moreno, 69, Ata Caber, 79, Qara Qarayev, 83
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”

17:00 "Kəpəz" – "Zirə" - 0:1

Qol: Salifu Suma, 49
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
27
cbcsport.az

10Mənbələr