AZ

Qadın voleybolçulardan ibarət millimiz məğlub olub - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. Komandamız Xorvatiyada təşkil olunan 1-ci tur çərçivəsində Slovakiya yığması ilə üz-üzə gəlib.

Federasiyadan 90deqiqe.Az-a verilən xəbərə görə, dünən meydan sahibinə qalib gələn millimiz bu görüşdə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan komandamız 1-ci turu 3 xalla başa vurub.

Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 24-26 may tarixlərində Rumıniyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və İsveç yığması olacaq.

Qızıl Avropa Liqası (#EuroLeagueW)

Qadınlar

I tur (Xorvatiya)

Azərbaycan – Xorvatiya 3:0 (25:19, 25:19, 25:22)

Slovakiya - Azərbaycan 3:1 (21:25, 25:20, 25:16, 25:19)



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
90deqiqe.az

1Mənbələr