AZ

Məğlubiyyətsizlik seriyası davam edir: 51 oyun

Bu gün Almaniya çempionatının 2023/24 mövsümünün final mərhələsi baş tutub.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmaların birində "Bayer" doğma meydanda "Auqsburq"u qəbul edib. Komandalar arasında keçirilən görüş 2:1 hesabı ilə "aslanlar"ın qələbəsi ilə yekunlaşıb.

Bu nəticə “Bayer”ə Bundesliqa mövsümünü heç bir məğlubiyyətsiz başa vurmağa imkan verib.

Qeyd edək ki, Xabi Alonsonun komandası bütün mövsüm ərzində heç vaxt uduzmayıb. "Bayer"in məğlubiyyətsizlik seriyası 51 matça yüksəlib.

Əlavə edək ki, Leverkuzen klubunun bu kampaniyada cəmi iki oyunu qalıb və bu oyunda qalib gəlsələr, mövsüm ərzində heç də uduzmayan tarixdə ilk komanda olacaqlar.

Mayın 22-də “Bayer” Avropa Liqasının final oyununda “Atalanta” ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
90deqiqe.az

1Mənbələr