AZ

Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI

Çinin Baş Kəşfiyyat İdarəsi son illərdə kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb.

 

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin məlumatlarına əsaslanaraq yazıb.

 

Qeyd olunub ki, nazirlik bəzi ölkələrin kəşfiyyat xidmətlərinin əməllərini ifşa edərək, aerokosmik sektorda çoxsaylı casusluq faktlarını aşkarlayıb. Lakin, məlumat sızmasının qarşısı alınıb:

 

“Bəzi ölkələr ölkəmizi kosmik sektorda əsas rəqib kimi görür və bizi sıxışdırmaq üçün səylərini əsirgəmir”, – nazirlik bildirib.

 

Pekinin kosmos sirlərini oğurlamaqda ittiham etdiyi konkret ölkələrin adı açıqlanmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
8
viral.az

9Mənbələr