AZ

İnsan öz beyni ilə savaşır

İnsan

Fransalı alimlərin tədqiqatları zamanı məlum olub ki, insan beynində iki mühüm koqnitiv, yəni idrak funksiya arasında ziddiyyətlər var.

Reyting.az
-ın məlumatına görə, Fransanın Lion Neyrologiya Araşdırma Mərkəzinin nevroloqları sübut ediblər ki, insan beynində iki mühüm düşüncə prosesləri arasında çox güclü rəqabət gedir.

Bu tədqiqatlar "NPJ Science of Learning" elmi jurnalında dərc olunub.

Mütəxəssislərdən biri deyib ki, araşdırma komandası statistik öyrənmə üsulu ilə icra funksiyaları arasında mövcud olan mənfi korrelyasiyanı tapıb: “Sadə dillə desək, belə nümunələri və ardıcıllığı öyrənməyi yaxşı bilən insanlar mürəkkəb xarakterə malikdir, aktiv düşünməyi və qətiyyətli qərar qəbulunu tələb edən digər problemləri həll etməkdə çox vaxt çətinlik çəkirlər. Onları tərəddüd edən bir toplum da adlandırmaq mümkündür.

Elm adamlarına görə, statistik öyrənmə nəticə olaraq insanlara şüursuz vəziyyətdə ətraf nümunələri, eləcə də məlum nümunələri müəyyən etməyə imkan verən çox vacib bir idrak bacarığıdır. Əgər əqli inkişaf elə idrakdırsa, deməli, bu, dil əldə etməkdən tutmuş sosial qarşılıqlı əlaqəyə qədər hər bir sahədə mütləq olaraq qabiliyyətlərlə əlaqələndirilməlidir. Düşünürəm ki, bu bir vəziyyətdir və əslində heç də müasir elm, elm adamları üçün şüursuzluğun birbaşa mənada nisbi olması anlamına gəlmir, sadəcə, araşdırmalar aparmağı tələb edir.

Digər tərəfdən, icraedici funksiyalar və ilk növbədə, prefrontal korteksin, yəni ön və ya açıq beyin tərəfindən idarə olunan planlaşdırma, qərar qəbuletmə, eləcə də səhvlərin düzəldilməsi, yeni, həmçinin də mürəkkəb vəziyyətlərə uyğunlaşma üçün insan beyninin tələbatı hesab olunan çox yüksək səviyyəli idrak prosesləridir. Bu, sadəcə proses yox, beyin daxilində iki tərəfin, şüur və şüuraltının, yaxud da şüursuzluğun mübarizəsidir".

Bu sistemlər arasında rəqabəti müəyyən etmək üçün komanda iki təcrübə keçirib. İlk sınaqda iştirakçılar ekranda görünən oxları izləməli, sonra da onlara göstərilən düymələri basmalı idilər. Nəticədə bu sınaq insanların ardıcıllığı tanımağına və qabiliyyətlərini qiymətləndirməyə imkan verib.

İkinci tapşırıqda isə sınağa cəlb olunmuş könüllülər ekranda təsvir edilmiş bir itin üz ifadələrinə uyğun gələn cizgiləri özləri üçün ayırd etməkdən ötrü ixtiyari olaraq fərqli templə düymələri basmalı olublar. Alimlər bildiriblər ki, bu test iştirakçıların icra funksiyalarını cəlb etmək məqsədi ilə hazırlanıb.

Aparılmış hər iki tədqiqat zamanı alimlər statistik öyrənmə ilə icraedici fəaliyyətin əksər ölçüləri arasında olan ardıcıl mənfi korrelyasiyanı ayırd edə biliblər.

Nevroloqların tədqiqatları göstərir ki, mürəkkəb problemlərin həlli və qərar qəbulu kimi yüksək səviyyəli icra nəzarəti tələb edən belə tapşırıqlar zamanı üstün olan bəzi insanlar sınaqlar zamanı tətbiq olunan, həmçinin praktikada öz təsdiqini tapan bəzi maraqlı nümunələrin şüuraltı aşkarlanmasına əsaslanmış gizli öyrənmə proseslərində iştirak etməklə, onlardan faydalanmaqla daha da sıxıntılı, daha çox çətin vaxt keçirməyə meylli olurlar. Bu da bir daha sübut edir ki, çevik qərar verən beyin ilə tərəddüd keçirən beyin - idrakın funksiyaları fərqlidir.

Alimlərin fikrincə, ilk dəfə Lionda həyata keçirilən bu qeyri-adi tədqiqatların üzdə olan nəticələri bir daha təsdiq edir ki, əsl həqiqətdə təcrid olunmuş bacarıq hesab edilən koqnitiv qabiliyyətə, yaxud da idraka elmi yanaşma, belə bir ənənəvi baxış nəzəriyyədə özünü doğrultmur.

Bununla sübut olunub ki, idrakın ikili funksiyası, həm də koqnitivə qarşı ön beyinin müqaviməti onu istənilən zaman şüursuz vəziyyətə salmağa qadirdir.

Lion Neyrologiya Araşdırma Mərkəzinin əməkdaşları vurğulayıblar ki, müxtəlif psixi sistemlərinin interaktiv və rəqabətli təbiətini itirməyən insan idrakı sonda qərarını formalaşdırırsa, maneələr funksiyasını ön beyin özü aradan qaldırır.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
reyting.az

1Mənbələr