AZ

"Qvardiola dünyanın ən yaxşı məşqçisidir" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"nin maliyyə pozuntuları və baş məşqçisi Xosep Qvardiola haqda da açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı "şəhərlilər"in maliyyə pozuntuları haqda fikirinin olmadığını lakin ispan mütəxəssisin dünyanın ən yaxşı məşqçi olduğunu bildirib.

“Bu pozuntuların nədən ibarət olduğunu bilmirəm. Mən yalnız komandanın cədvəldə hansı yeri tutduğunu bilirəm. Bütün bunlardan asılı olmayaraq, Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Xosebi uzaqlaşdırıb başqa mütəxəssis təyin etsəniz, komanda ardıcıl 4 dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, həm onun, həm də futbolçuların əməyidir”, - “Daily Express” alman məşqçinin sözlərini yazır.

Premyer Liqanın son turunda "Mançester Siti" "Vest Hem"i qəbul edəcək. Qalib gəlsələr, “şəhərlilər” ardıcıl dördüncü dəfə ölkə çempionu olacaqlar.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
90deqiqe.az

10Mənbələr