AZ

30 dəqiqədən artıq telefonla danışmayın, yoxsa…

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir.

Medianews.az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

Mütəxəssisin sözlərinə görə, bu vərdişə meyilli insanlarda arterial hipertoniyaya tutulma ehtimalı digərləri ilə müqayisədə 12% çoxdur:

“Təzyiqi yüksək olanlar oturaq həyat tərzi yox, aktiv fiziki həyat seçməlidir. Əgər təzyiq mütəmadi 140-dırsa, idman, gəzinti, üzgüçülük, velosiped sürmək lazımdır. Məşq təzyiqi 1-2 sutka normal saxlayır, ona görə də mütəmadi idman lazımdır. Amma buna baxmayaraq, təzyiq dərmanlarını da müntəzəm içməlisiniz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
12
medianews.az

10Mənbələr