AZ

''Fənərbaxça'' derbi öncəsi daha bir vacib futbolçunu itirdi

Bu gün Türkiyə çempionatında 37-ci tura derbi ilə yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, turun və bəlkə də bütövlükdə mövsümün ən vacib oyununda ''Qalatasaray'' ''Fənərbaxça''nı qəbul edəcək. Meydan sahiblərinə çempionluğu rəsmiləşdirmək üçün 1 xal kifayət edəcək. Bu arada onsuz da heyətlə bağlı problemləri olan ''sarı-lacivərdlilər'' daha bir önəmli futbolçunu itiriblər. Dünənki məşqdə Cengiz Ündər zədələndiyi üçün onun adı iştirak ərizəsindən çıxarıldı. Cengizdən başqa ''Fənər'' bu prinsipial oyunda cəza üzündən Bekao, zədə üzündən İrfan Can Kahveci, Sərdar Əziz və İsmayıl Yüksəkin də xidmətindən faydalana bilməyəcək. Komandanın hər iki əsas sağ vingeri derbini buraxmalı olacaq. Mövsüm ərzində həmin mövqedə İrfan Can Kahveci ilə Cengiz oynayırdı. Baş məşqçi İsmayıl Kartalın həmin mövqedə kimi oynadacağı böyük maraq doğurur. Türkiyə mətbuatının yazdığına inansaq, orda əsil mövqeyi müdafiənin sağ cinahı olan, amma hücumlara qoşulmağı xoşlayan Brayt Osayi-Samuel qərarlaşacaq. Cengiz Ündərin bu mövsüm 33 rəsmi oyunda 9 qol, 3 məhsuldar ötürməlik fayda verdiyini bildirək.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
football-plus.az

1Mənbələr