AZ

“Dream-team”in məşq yeri məlum oldu

Basketbol üzrə ABŞ milli komandası Olimpiya Oyunları üçün proqramını açıqlayıb. Komanda Fransanın şimalında, Belçika ilə sərhəddə yerləşən Turkuene şəhərində təlim keçəcək.

“Dream-team” Olimpiadada C qrupunda mübarizə aparacaq. Onların rəqibi Serbiya və Cənubi Sudan komandalarıdır. Daha bir komanda Olimpiya təsnifat turnirindən sonra məlum olacaq.

ABŞ komandası məşqlərini keçirmək üçün “Kipştadium” arenasını icarəyə götürüb. Bundan başqa, “Kontakt Pevele” arenası da nəzərdən keçirilirdi. Lakin yeri Kanada millisi icarəyə götürüb. ABŞ millisinin qalacağı yer isə Lill şəhəri olacaq. Oradan arenaya məsafə 15 kilometrdir.

Xatırladaq ki, basketbol turnirinin oyunları Parisdəki “Akkor Arena”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
futbolinfo.az

1Mənbələr