AZ

Sinner məşqlərə başladı

Bu il keçirilən yeganə “Böyük dəbilqə” seriyalı turnirin qalibi olan Yannik Sinner məşqlərini bərpa edib. Avstraliyada çempion olan italyan tennisçi “Rolan Qarros”da çıxış etməyə ümidlidir. Məlumatı “Sky Sport” kanalı yayıb.

Xatırladaq ki, dünya reytinqinin iki nömrəsi həm Madrid, həm də Roma turnirinlərində zədə səbəbilə iştirak etməyib. Onun sağ bud əzələsində problemləri var. Monte-Karlo turnirindən sonra Sinner kortlara çıxmamışdı.

Qeyd edək ki, zədəsini sağaltmaq üçün Sinner Turində yerləşən J-Medical klinikasında bir həftəlik müalicə kursu keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
futbolinfo.az

1Mənbələr