AZ

Abdullanı ADA-dan ABŞ-a aparan uğur yolu

Abdulla Valid oğlu Cəbiyev 2000-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində anadan olub.

Orta təhsilini Sumqayıt şəhəri 4 saylı orta məktəbdə alan Abdulla Cəbiyev yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetinin elektroenergetika mühəndisliyinə qəbul olub. Təhsilini uğurla başa vuran gənc mütəxəssis Sumqayıt Elektrik Stansiyasında mühəndis işləyir.

Bu günlərdə Cəbiyevlər ailəsi Abdullanın uğurunu böyük sevinclə qarşılayıb. Abdulla Cəbiyev magistratura təhsilini bakalavr pillısində yiyələndiyi ixtias üzrə Azərbaycan Diplomatik Akademiyasında(ADA) alacaq. Qəbul zamanı Abdulla Cəbiyevin ADA və xarici ölkələrin elm adamları qarşısında yüksək nəticə əldə etməsi,nəzəri və praktik biliklərə tam dolğun cavab verməsi, eləcə də ingilis dili bilikləri üzrə beynəlxalq sertifikata sahiblənməsi ADA rektorluğunun və beynəlxalq elm arenasının diqqətindən yayınmayıb.

Gənc mühəndisə 1 il 6 ay ADA-da təhsil aldıqdan sonra magistratura təhsilinin qalan 1 ilini ödənişsiz yolla ABŞ-ın nüfuzlu Vaşinqton Dövlət Universitetində davam etdirməsi tövsiyyə olunub. Yüksək uğura imza atan Abdulla Cəbiyevin doğulduğu Ərkivan qəsəbəsinin Cəbiyevlər məhəlləsi elm adamları, ziyalı potensialı ilə nəinki Masallıda ,ölkəmizdə də tanınır. Cəbiyevlər şəcərəsinin layiqli övladı Abdulla Cəbiyevə təhsilində uğurlar diləyir və əminik ki,elm aləmində Abdullanın da öz yolu, öz izi olacaq, layiq olduğu nəsilə başucalığı gətirəcək.

Ayiq SƏMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
azpost.info

2Mənbələr