AZ

Mourinyo ''Beşiktaş''ın da gündəmində imiş

''Beşiktaş''ın ikinci prezidenti Hüseyin Yücəl dünən ''Hatayspor''a qarşı oyundan sonra Joze Mourinyo ilə bağlı gündəmə düşəcək açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi bir müddət öncə ''Fənərbaxça''da prezidentliyə namizədliyini açıqlayan Əziz Yıldırım Mourinyo ilə görüşərək danışıqlar apardığını vurğulamışdı. Sən demə Yücəl də məşhur portuqaliyalı mütəxəssislə görüşübmüş:
''Təxminən bir ay öncə İstanbulda Mourinyo ilə görüşdüm və onu ''Beşiktaş''da görmək istədiyimi dedim. Bu komandanın ona uyğun olduğunu bildirdim. Bu təklif üzərində düşünəcəyini, ''Beşiktaş'''ın oyunlarını izləyəcəyini və sonda bizə bir cavab deyəcəyini vurğuladı. Bir müddət sonra bizimlə əlaqə saxlayaraq təklifi qəbul etdiyini və burda çalışmaq istədiyini dedi. Gələn həftə İtaliyada onunla sonuncu bir görüşümüz olacaq. İşin maddi tərəfinə gəlincə, biz onun tələblərini qarşılamağa hazırıq. Təbii ki, idarə heyətində bir daha bu məsələni müzakirə edəcəyik. Mourinyonun illik maaşını mən özüm sponsorlarımız ilə birlikdə qarşılayacam! Mətbuatda onun 15 milyon avro tələb etməsi haqda xəbərlər var. Bunlar yalandı. Maaşı 10 milyon avrodan da aşağı olacaq. Mourinyo ilə anlaşa bilməsək, onun səviyyəsində olan bir yerli məşqçi gətirəcəyik''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
football-plus.az

1Mənbələr