AZ

Lyuis Həmilton Britaniyanın ən zəngin adamları siyahısında

“Formula 1”in yeddiqat çempionu “Mercedes” pilotu Lyuis Həmilton “Sunday Times”ın Britaniyanın ən varlı adamları siyahısına daxil edilib.

90deqiqe.Az xəbər verir ki, Lyuis Həmilton bu reytinqdə 350-ci yeri tutub, onun sərvəti 350 milyon funt sterlinq (440 milyon dollar) qiymətləndirilir.

Lyuis Həmilton nüfuzlu reytinqin ilk 350-liyində yeganə aktiv idmançıdır. Lakin o, Formula 1 ilə əlaqəli yeganə deyil. Həmiltondan qat-qat zəngin keçmiş F1 rəhbəri Berni Ekklstoundur. O və ailəsi reytinqdə 92-ci yerdə qərarlaşıb və onların sərvəti təxminən 2,5 milyard dollar qiymətləndirilir.

Həmilton həm də Britaniyanın 40 yaşdan aşağı 40 ən zəngin adamı siyahısında 9-cu yerdədir.

Həmiltonun sərvəti 2025-ci ildə "Ferrari"yə keçdikdə yüksələ bilər.

Böyük Britaniyanın ən varlı adamı 48 ölkədə və demək olar ki, onlarla sənayedə şirkətlər qrupunun sahibi Qopi Hinducadır. Onun ailəsinin sərvəti 47 milyard dollar qiymətləndirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
90deqiqe.az

1Mənbələr