AZ

Çində kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi partiya intizamını və qanunları pozmaqda şübhəli bilinən kənd təsərrüfatı və kənd məsələləri naziri Tan Rencien haqqında təhqiqata başlayıb.

AZƏRTAC xəbər verir ki, hər iki komitə nazirin məsələsi haqqında ətraflı məlumat açıqlamayıb.

Uzun illər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış 62 yaşlı Tan Rencien 2020-ci ildə kənd təsərrüfatı və kənd məsələləri naziri təyin edilib. O, sonuncu dəfə mayın 15-də ictimaiyyət qarşısında olub.

Qeyd edək ki, Si Cinpin 2022-ci ilin oktyabrında yenidən Çin Kommunist Partiyasının rəhbəri seçiləndən sonra yeni təyin olunan xarici işlər və müdafiə nazirləri qısa müddətdən sonra vəzifələrindən uzaqlaşdırılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
azpost.info

5Mənbələr