AZ

“Sabah” 4-cü oldu

“Sabah”ın U-15 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

“Football-plus.az” xəbər verir ki, təmsilçimiz yarışı 4-cü pillədə başa vurub. Komandamız qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda Almaniyanın "Speyer 09" komandasına 1:0 hesabı ilə qalib gələn "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub - 1:3. Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" komandasına məğlub olub - 0:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
14
football-plus.az

10Mənbələr