Sumqayıtda 56 yaşlı kişi özünü yaşadığı binanın qarşısında ağacdan asaraq intihar edib.

Leqal.info xəbər verir ki, hadisə 18-ci mikrorayonda baş verib.

1968-ci il təvəllüdlü Fizuli Pənah oğlu Mikayılovun meyiti ailəsi tərəfindən səhər saatlarında aşkar edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info