AZ

İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb

İran

İran prezidenti İbrahim Rəisinin karvanında olan helikopterlərdən biri bu gün Xudəfərindəki açılışdan sonra geri dönərkən qəzaya uğrayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, bu gün Azərbaycanla sərhəddə hidroqovşağın açılışından geri qayıdan Rəisinin olduğu helikopter dumanlı və küləkli hava şəraitinə görə yerə qəzalı eniş edib.

Dövlət televiziyası Reisi daşıyan helikopterin sərt eniş etdiyini və qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.

Fars Xəbər Agentliyi isə bildirib ki, prezident İbrahim Rəisi salamatdır və o, quru yolu ilə Təbrizə gedib.

İranın Şərqi Azərbaycan Valiliyi Prezident Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı mümkün ölən və yaralananlar barədə hələlik məlumat verə bilməyəcəyini deyib.

***

İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, prezident İbrahim Rəisini daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etmək məcburiyyətində qalıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, o, xilasetmə qruplarının hələlik bölgəyə çata bilmədiyini də sözlərinə əlavə edib.

Vahidi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə sərhədində bəndin açılışında iştirak edən prezident Rəisinin helikopter karvanı geri dönərkən pis hava şəraiti səbəbindən qəzaya uğrayıb:"Prezidenti daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etməli olub. Xilasetmə qrupları bölgəyə göndərilib, lakin bölgənin dumanlı və əlverişsiz təbiəti səbəbindən helikopterə çatmaq üçün vaxt lazım ola bilər".

Şərqi Azərbaycan valisinin müavini Cebbarali Zakiri İran prezidenti İbrahim Rəisinin konvoyunda olan 3 helikopterdən birinin qəzaya uğradığını təsdiqləyib: "Hələ hadisə yerinə çatmamışam. Mümkün yaralılar və onların sayı ilə bağlı heç nə deyə bilmərəm. Hadisənin necə baş verdiyini bilmirəm".

İran Qırmızı Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, qəzanın Kəleyber və Verziqan arasında olduğu və qəzanın baş verdiyi ərazinin İHA-larla skan edildiyi bildirilib(Mia.az).
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
39
reyting.az

10Mənbələr