AZ

“AFFA-nın fərqli qərar ehtimalının olduğunu bildiyimiz üçün üzüldük” – braziliyalı belə dedi

Bilindiyi kimi, “Qəbələ” növbəti mövsüm 1-ci liqada oynayacaq.

“Qırmızı-qaralar” artıq yeni şəraitə uyğunlaşmalıdı. İlk növbədə gedənlərin və gələcək futbolçuların siyahısı hazırlanmalıdı. Həmin siyahının önündə legioner futbolçuların olacağı dəqiqdi. Ötən il Azərbaycana gələn braziliyalı Lukas Afriko da son qərarı gözləyir. Cari mövsümdə 28 matça çıxan müdafiəçi cəmi bir dəfə komandasına xeyir verə bilib. Mövsümboyu tənqid olunanlar arasında onun da adı var.

Görəsən, Lukas “Qəbələ”dəki taleyi haqda nə düşünür? Braziliyalı legioner “Football-plus.az”a bunları söylədi:
“Gələcəyim haqqında heç nə müəyyənləşməyib.Hələ heç bir qərar verməmişəm, amma tezliklə verəcəyəm. İcraiyyə Komitəsinin iclasından sonra hər şey bəllidi. Düzü, AFFA-nın fərqli qərar ehtimalının olduğunu bildiyimiz üçün üzüldük”.


29 yaşlı futbolçu “qırmızı-qaralar”da forma geyindiyinə görə məyus olmadığını, bununla yanaşı baş verənlərə görə özündə günah gördüyünü də etiraf etdi:
“Futbol kollektiv idman növü olduğundan, günahkar bir adam olmur. Amma baş verənlərə görə hamımız məsuliyyət daşıyırıq. Oyunçular, personl heyət və başqaları. Futbol bir qrup insandan ibarətdi. Bura gəldiyim üşün heç peşman deyiləm. Daha bir il təcrübə qazandım. Həm də bunu fərqli bir ölkədə edib, yeni peşəkarlarla tanış ola və və şəxsi təcrübəmə qata bildim. Əksinə, “Qəbələ”nin formasını geyindiyimə görə çox şanslıyam”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
football-plus.az

1Mənbələr