AZ

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb.

"Ölkə.az" xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
20
olke.az

10Mənbələr