AZ

 SON DƏQİQƏ! Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI

Avropa İttifaqı İran prezidenti İbrahim Rəisinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, qəza ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlama yayıb.

O bildirib ki, Aİ-yə üzv dövlətlər və tərəfdaşlarla birlikdə vəziyyəti diqqətlə izləyir:

"İran Prezidenti və xarici işlər nazirini daşıyan helikopterin gözlənilmədən yerə enmək məcburiyyətində qalması və onların vəziyyətinin hələ bəlli olmadığı barədə məlumat yayılıb. Aİ-yə üzv dövlətlər və tərəfdaşlarla birlikdə vəziyyəti diqqətlə izləyirik".

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
musavat.com

10Mənbələr